USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏDV-dən azad olunan kənd təsərrüfatı avadanlıqlarının siyahısı təsdiqlənib

05.12.2022 İqtisadiyyat
0 0
“Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli qərarı isə ləğv edilib.