USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari tibbi sığorta xidmətlərinin daha 1 il vergidən azad edilməsinə dair layihə təsdiqlənib

09.12.2022 İqtisadiyyat
0 0
Parlament Azərbaycanda icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 1 il vergidən azad edilməsinə dair layihəni III oxunuşda qəbul edib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan məcəlləyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddır. Dəyişikliyə əsasən, həmin müddət 4 il olacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.