USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Avro-5 standartlı benzinin istehsalına nə vaxt başlayacaq?

04.12.2018 İqtisadiyyat
0 0
Avro-5 standartlı benzinin istehsalı təxminən 2021-ci ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda mümkün olacaq.

Bunu açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Dizel kompleksinin modernləşdirilməsi işlərinin 2020-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub, Avro-5 standartlı benzinin istehsalı isə 2021-ci ilin əvvəlindən mümkün olacaq", - Əhmədov bildirib.

Onun sözlərinə görə, modernləşdirmə daxili bazarı Avro-5 yanacağı ilə təmin etməyə imkan verəcək.

"Buraya ilk növbədə dizel yanacağı daxildir. Modernləşdirmə 92-95-98 oktanlı, Avro-5 standartlı benzinin və digər məhsulların istehsalına da imkan verəcək", - Əhmədov deyib.

O əlavə edib ki, son illər Azərbaycanda yanacağa olan tələbata görə istehsal olunan məhsulların əsas həcmi daxili bazar üçün nəzərdə tutulub.

Əhmədov qeyd edib ki, istehsal olunan məhsullar daxili bazarda tələbatı tam ödəyəcək, qalan hissə isə ixrac olunacaq.

Xatırladaq ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşmə işləri həyata keçirilir və işlərin 2021-ci ildə yekunlaşdırılması proqnozlaşdırılır. Modernləşdirmədən sonra zavodun istehsal gücü illik 6 milyondan 8 milyon tona, istismar müddəti 2040-ci ilə qədər artırılacaq.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşdirmə işlərinin dəyəri 2,2 milyard dollar qiymətləndirilib.

  • Əvvəlki

    İşdən çıxarılan məmura cinayət işi açıldı

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0