USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin bəzi komitələrinin səlahiyyətlərinə dəyişiklik edilir

06.12.2018 İqtisadiyyat
0 0
Milli Məclisin bəzi komitələrinin səlahiyyətlərinə dəyişiklik edilir.

"Kommersant.az"ın məlumatına görə, bu barədə məsələ "Milli Məclisin komitələri haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulub.

Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.

Eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunur.

Dəyişikliklərin parlamentin plenar iclasına müzakirəyə çıxarılması nəzərdə tutulur.

  • Əvvəlki

    Bu gün hava necə olacaq?

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0