USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi ödənişləri ilə bağlı - NAZİRDƏN AÇIQLAMA

12.12.2018 İqtisadiyyat
0 0
Vergilər naziri Mikayıl Cabbarov biliridib ki, 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək.

"Kommersant.az" xəbər verir ki, nazirin açıqlamasına görə, bu iş həm vətəndaş cəmiyyəti, həm də vergiödəyiciləri və ayrı-ayrı klasterlərlə müxtəlif formatlarda həyata keçiriləcək.

Nazir deyib ki, maarifləndirmə tədbirləri zamanı ictimai kommunikasiya formatından – vergiödəyiciləri ilə görüşlər, "dəyirmi masa"lar, konfrans¬lar və digər formalardan da istifadə oluna bilər. Bütün hallarda maarifləndirmə işi daimi olacaq. M.Cabbarov, həmçinin əlavə edib ki, izahat işlərində istər ənənəvi KİV-lərin, istərsə də yeni nəsil sosial medianın rolu çox vacibdir. "Etiraf etməliyik ki, bir çox hallarda vergiödəyicisinin vergi ödənişinin əhəmiyyəti, onun zərurəti barədə tam anlayışı olmur. Ona görə də biz bu işi daim diqqət mərkəzində saxlayırıq və saxlayacağıq",- deyə nazir vurğulayıb.

  • Əvvəlki

    Evinizə qonşudan su belə axsa, zərəri sığorta şirkəti ödəyəcək - MİNİMUM MƏBLƏĞ 25000 MANATDIR

Digər xəbərlər