USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? - AÇIQLAMA

18.01.2019 İqtisadiyyat
0 0
Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir etməyəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb:

"Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur".

Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Oxu.az