USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan-Aİ biznes-forumuna maraq artıb

23.05.2018 İqtisadiyyat
0 0
İyunun 5-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda iştirak edəcək şirkətlərin sayı ötən illə müqayisədə çox olacaq.

"Kommersant.Az" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, 2017-ci ildə keçirilmiş eyni tədbirdə 400 şirkət iştirak edib. Bu il isə 500-dən çox şirkət artıq iştirakını təsdiqləyib.

"Bu il xüsusilə Azərbaycanda fəaliyyət göstərən Aİ ölkələrinə məxsus şirkətlərin sayı çoxalıb. Biznes-forumda iştirak üçün qeydiyyat hələ başa çatmayıb. İştirakçıların sayı arta bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, tədbirdə iqtisadiyyatın şaxələndirilməsi və bunun üçün həyata keçirilən iqtisadi islahatlar əsas müzakirə mövzularından biri olacaq. Biznes-forum, əsasən, 4 sahəyə fokuslanacaq: kənd təsərrüfatı və ərzaq; tikinti və avadanlıqlar; nəqliyyat və logistika; informasiya texnologiyaları.

  • Əvvəlki

    “Dənizbank”ın satılacağı tarix açıqlandı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0