USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada da “Booking.com”u bağlayırlar - VAXT VERİLDİ

25.05.2018 İqtisadiyyat
0 0
Rusiya Mədəniyyət nazirliyi Turizm üzrə Federal Agentliyə (Rosturizm) otellərinin internet-rezervasiya xidməti “Booking.com”un fəaliyyətinin qadağasını həvalə edib.

"Kommersant.Az" xəbər verir ki, Turizmlə üzrə Federal Agentliyi bu sualla bağlı iyun ayının 4-nə kimi öz mövqeyini təqdim etməlidir.

Müvafiq əmri Mədəniyyət Nazirliyinin turizm və regional siyasəti departamenti verib.

Hələ apreldə "Свой ТС" turoperatorun təşkilatın rəhbəri Sergey Voytoviçqadağa ilə bağlı Mədəniyyət Nazirliyinə öz təklifini bildirmişdi.

O, qeyd etmişdi ki, Rusiyada yaşayan istifadəçilər ölkədə olan otellərin rezervasiyasına qadağa etməlidir. Onun fikrincə, servis faktiki olaraq turoperator sayılır amma müvafiq taksitləri ödəmir.

Şirkətin rəhbəri bildirib ki, "Booking.com" saytı rus otellərinin yeganə rezervasiya satış kanalıdır, hansındanki 70%-dan çox individual rezervasiya keçir: "Nəticədə ABŞ-dan olan koorporasiya turistlər haqqında məlumatlar əldə edə və analizlər apara bilər".

Rosturizm professional şirkətlərin fikirlərini dinləməyə hazırlaşır və iyunun 4-ə qədər bu qadağa ilə bağlı öz mövqeyini təqdim edəcək.

Xatırladaq ki, otellərin rezervasiya xidməti booking.com-un Türkiyədəki fəaliyyətinə qadağa qoyulub. Cari ilin əvvəlində isə platformanın rəsmiləri "LinkedIn"dən elan etmişdilər ki, onlar Türkiyə şöbəsi üçün nümayəndə axtarırlar.

Qeyd edək ki, qonşu ölkədə "booking.com"un fəaliyyəti Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) şikayəti əsasında dayandırılmışdı.

Platformanın bağlanmasına səbəb kimi isə türk vətəndaşlarına Türkiyə sahillərindəki hoteləri (rezervasiya) satmağa başlaması olmuşdu. TÜRSAB-ın rəsmisi ötən il verdiyi açıqlamada demişdi ki, haqsız rəqabətdən dolayı "booking.com" un fəaliyyətini dayandırmaq qərarı alınıb.

Fəaliyyətləri dayandırılandan sonra belə şirkət ölkənin rəsmi şəxsləri ilə olan əlaqələri dayandırmamış, geri qayıtmaq prosesini sürətləndirməyə çalışmışdılar.

Mədəniyyət və Turizm nazirliyinin nümayəndəsi Ahmet Temurci bəyan etmişdi ki, "booking.com"un rəsmiləri ilə danışıqlar gedir: "Onlar müəyyən edilmiş cəzanı ödəməyə hazırdırlar. Səyahət platforması yaxın zamanda Türkiyə bazarına geri qayıdacaq", - deyə nazirliyin sözçüsü mətbuata açıqlamasında demişdi.

  • Əvvəlki

    iOS 12 üçün Android tərzində konsept dizayn hazırlandı

Digər xəbərlər