USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı iş adamı güllələndi - VİDEO

25.07.2019 İqtisadiyyat
0 0
Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Rasim Babayev silahlı hücuma məruz qalıb.

Hadisə iyulun 22-də Mərtər rayonunda baş verib.

Belə ki, Babayev gecə saatlarında ailəsi ilə evə qayıdarkən naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. İş adamı tapançadan açılan atəş nəticəsində ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Güman olunur ki, hadisəyə köhnə iş ortaqları arasında baş vermiş fikir ayrılığı səbəb olub.

Qeyd edək ki, Rasim Babayev Türkiyədə ali təhsil aldıqdan sonra turizm şirkəti quraraq iş həyatına başlayıb.

  • Əvvəlki

    "Günay Bank"ın xalis mənfəəti artıb - HESABAT

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0