USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının sessiyasında iştirak edir

11.09.2019 İqtisadiyyat
0 0
Sentyabrın 9-da Rusiyanin Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

Sessiyada 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak edir.

Baş Assambleyanın 23-cü sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alıb.

Tədbirdə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniya Krallığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edir.

Qeyd edək ki, sessiya sentyabrın 13-dək davam edəcək.

  • Əvvəlki

    Onlar YAP-ın tədbirinə qatılmaqdan imtina etdilər

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0
06.05.2024 İqtisadiyyat
Google reklam siyasətini yenilədi
0 0