USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda benzin bahalaşacaq? - EKSPERTDƏN AÇIQLAMA

01.06.2018 İqtisadiyyat
0 0
Dünən SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib ki, H.Əliyev adına NEZ-da oktyabr ayında istehsalın qrafikə uyğun olaraq dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. Bununla da KİV-lərdə bu gün “ajiotaj” yaranıb...”.

"Kommersant.Az" xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert İlham Şaban bildirib. Onun sözlərinə görə, bu informasiyanın yayılmasından sonra benzinin qiymətinin artması ilə bağlı fikirlər formalaşmaya başlayıb:

"Səhərdən telefonum "benzinin qiyməti artacaqmı" suallarından od püskürür... İstərdim məsələyə ümumiləşdirilmiş şəkildə cavab verim:

1) Neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə 1 dəfə baş verir. Hesab edin ki, hər 5 min km-dən bir avtomobilləri aparıb yağını və filtirlərini dəyişirsiniz, bu da həmin prosesdir, təqribən 20-25 gün çəkir, baxır kim zavodu necə istismar edib.

2) Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir, 2014-cü ilin 1 aprelindən isə yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir - yəni eyni gündə eyni saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər. Yəni niyə narahat olursunuz, və ya ajiotaj yaratmaq istəyirsiniz ey KİV-lər? Hər şeyi dövlətimiz özü həll edir.

3) Müstəqilliyimiz zamanı hər ili yanacaq istehsal edən NEZ təmirə dayanır, məgər onda benzin qiymətləri ilə məsələ gündəmə gəlib? Düzdür, deyə bilərsiniz ki, axı o zamanlar biz benzin ixracatçısı idik, indi isə idxal edirik. Bəli, ancaq bir məsələ var ki, o zaman Azərbaycanda heç yarım milyon maşın yox idi, indi 1,3 milyona çatıb. İstehlak daxili bazarda artanda əlbətt də ixrac üçün də həcmlər qalmayacaq (keyfiyyət amilini hələ nəzərə almırıq və rəqabəti də qoyuruq bir kənara).

4) Son 2 ildə NEZ-in cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddəti bir qədər uzanır. Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Ona görə də adətən avqust ayında Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə Ai-92 markalı benzinin idxal vergilərini sıfırlayır... Bu ona görə edilir ki, daxili bazarda həmin marka neft məhsulunun satış qiyməti NEZ fəaliyyətini bərpa edənə qədər artmasın".

  • Əvvəlki

    Qubada yaşayış evinə basqın şəxslər saxlanılıb

Digər xəbərlər