USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 rayonda qaz təchizatı dayandırılacaq

02.10.2019 İqtisadiyyat
0 0
Yardımlı, Lerik və Şamaxıda qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən verilən məlumata görə, oktyabrın 2-də səhər saat 08:30-dan 19:00-dək Qaz İxrac İdarəsi "Ordahal-Yardımlı" magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi işlərini icra edəcək. Bu zaman Yardımlı və Lerik rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bundan başqa adıçəkilən idarənin "Şamaxı" Qaz Paylayıcı Stansiyasında aparacağı quraşdırma işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində də qaz fasilələrlə veriləcək.