Bakı şəhəri Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işləri aparılır.
"Kommersant.az" xəbər verir ki, bununla əlaqədar 11 dekabrda gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.