USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu məhsullar ucuzlaşa bilər - Yeni qərar

15.01.2020 İqtisadiyyat
0 0
2021-ci ildən etibarən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərdə istehsal olunan məişət texnikası enerjiyə qənaət üzrə yeni texniki reqlamentə uyğun olacaq. Yeni tələblər 1 sentyabr 2021-ci ildə qüvvəyə minəcək.

Bəs Avrasiya İqtisadi Birliyi ölkələrindən Azərbaycana hansı elektrik cihazları gətirilir? Bu məhsullar bazarımızda nə dərəcədə yer tutur və keyfiyyətləri necədir? Ümumiyyətlə, yeni tələblərlə bağlı bazarımızda onların qiymətləri nə qədər dəyişə bilər?

Bu barədə suallarımıza cavab tapmaq üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, Avrasiya İqtisadi Birliyindən ölkəmizə az sayda məişət avadanlığı daxil olur:

“Avrasiya İqtisadi Birliyindən bizim Rusiya, Belarus və Qazaxıstanla əlaqələrimiz var. Onlardan da elektrik avadanlıqlarının ixracı çox azdır. Azərbaycanda əsasən Asiya ölkələrindən və Avropa Birliyi ölkələrinin bəzilərinin istehsalı olan məişət texnikaları üstünlük təşkil edir. Bir Belarusdan biz soyuducu alırıq. O da çox az miqdardadır. Ona görə Avrasiya İqtisadi Birliyi ölkəri ilə Azərbaycanın bu sahədə əlaqələri yüksək səviyyədə deyil. Yəni, ticarət dövriyyəsi yüksək deyil”.

N.Cəfərli texnoloji avadanlıqların yenilənməsinin onun bazardakı qiymətinə də təsirsiz ötüşməyəcəyini söyləyib:

“Texnoloji avadanlıqların yenilənməsi ilə həm onların daxili mühərriklərinə, həm daxili qaydalarına dəyişikliklər olacaq. Dəyişikliklər onun maya dəyərini təbii ki, artıracaq. Çünki yeni avadanlıqların quraşdırılması həmişə maya dəyərini artırır. Təbii ki, qiymətdə də artım müşahidə ediləcək.

Amma konsepsiya bundan ibarətdir ki, siz yeni məhsula müştəri kimi daha baha məbləğ ödəyə bilərsiniz, amma elektrik enerjisinə etdiyiniz qənaət verdiyiniz vəsaitin geri dönüşünü sizə təmin edəcək. Yəni dünyada elektrik enerjisinə qənaət edən avadanlıqların satış konsepsiyası buna əsaslanır.

Enerjiyə qənaət etməyən məhsullar ucuz qiymətə əldən çıxarıla və Azərbaycanda aşağı qiymətə müştərilərə təqdim oluna bilər. Amma bu da biznesin məsələyə yanaşmasından asılı olacaq. Çünki bu sahədə ixtisaslaşmış biznes qrumları var”.

  • Əvvəlki

    Mədət Quliyev onu vəzifədən azad etdi

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0