Buna görə qətiyyən ödəniş etməyin! - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! FOTO

16.01.2020 İqtisadiyyat
Bakı Nəqliyyat Agentliyi (BNA) vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırır.

"Kommersant.az" xəbər verir ki, bu barədə BNA-dan bildirilib.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.

"Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik", - deyə BNA-dan bildirilib.

  • Əvvəlki

    Fövqəladə Hallar Nazirliyinə 331 min avro cərimə - BU SƏBƏBDƏN

Digər xəbərlər

02.09.2021 İqtisadiyyat
Azərbaycanın pul bazası azalıb - MƏBLƏĞ
0 0
01.09.2021 İqtisadiyyat
“Azneft”in rəisi cərimələndi
0 0