USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Diqqət! Alış-veriş edən vətəndaşlara pul qaytarılacaq - VİDEO

03.02.2020 İqtisadiyyat
0 0
Bir müddət öncə İqtisadiyyat naziri ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisinin (ƏDV) bu aydan etibarən geri ödənməyə başlanacağını açıqlamışdı. Artıq qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanmaq üzrədir.

"Kommersant.az" Xezerxeber.az-a istinadla xəbər verir ki, müştəriyə geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq.

Hər bir vətəndaş 2019-cu il ərzində etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə məbləğləri toplayaraq nağd ödənişlərdə həmin məbləğdən bu vəsaitin 118-ə bölünərək 10-a vurulmuş hissəsini, nağdsız ödənişlərdə isə həmin vəsaitin 118-ə bölünərək 15-ə vurulmuş həcmini çıxaraq alacağı pulu müəyyən edə bilər.

İqtisadçı-ekspert Rəşad Həsənov bu yanaşmanın dünyanın bir çox ölkələrində tətbiq edildiyini və əsas hədəfin əhalinin gəlirlərinin şəffaf müstəvidə təhlil olunmasına imkan verdiyini bildirir. Ancaq ekspert bildirir ki, qaytarılan ƏDV-nin miqdarı artırılarsa, daha çox effekt əldə etmək olar.

Amma ticarət və iaşə obyektlərində ödəniş edən vətəndaşların geri ödənişləri əldə etmək üçün hara müraciət edəcəyi hələ ki, açıqlanmayıb. Odur ki, yaxın günlərdə aidiyyətli qurumların bununla bağlı ictimaiyyətə geniş açıqlama verəcəyi gözlənilir.

  • Əvvəlki

    Çində koronavirusa yoluxanların sayı 17205-ə, ölənlər 361-ə çatdı

Digər xəbərlər