USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş pediatrdan təhlükəli virusla bağlı xəbərdarlıq - Uşaqları qoruyun

12.02.2020 İqtisadiyyat
0 0
"Hər il qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılır. Bu səbəbdən də valideynlər mümkün qədər ehtiyatlı olmalıdırlar”.

"Kommersant.az" xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, uşaqlar arasında mövsümi xəstəlik var.

"Bizim xəstəxanaya da müraciət edənlərin sayı artıb. Lakin burada elə də narahatedici məqam yoxdur. Bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.
Şükürlər olsun ki, koronavirus Azərbaycanda yoxdur. Bu, o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları iqlimə uyğun olaraq həm qidalandırmaq, həm də geyindirmək vacibdir", - deyə Nəsib Quliyev bildirib.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

"Valideynlərə məsləhətimiz odur ki, uşaqları havaya uyğun geyindirsinlər. Günəşli havada bir az nazik, soyuqda isti geyinsinlər. Uşaqların qidalanmasına fikir verməlidirlər. Ac halda uşaqları məktəbə, bağçaya göndərmək olmaz".

  • Əvvəlki

    Azərbaycanda sürücülük vəsiqəsi imtahanını robotlar götürəcək

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0