Arıçılıqla bağlı layihəyə 1 milyon manat ayrılacaq

06.06.2018 İqtisadiyyat
Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə "Ekoloji təmiz arı məhsullarının sertifikatlaşması" adlı layihəyə başlayacaq.

Bu barədə Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

Assosiasiya rəhbəri layihənin maliyyə dəyərinin təqribi 1 milyon manata yaxın olduğunu və FAO tərəfindən maliyyələşdiriləcəyini vurğulayıb.

"Kənd Təsərrüfatı Nazirliyi layihədə tərəfdaş kimi iştirak edir. İlkin mərhələdə arıçıların maarifləndirilməsi ilə bağlı iş həyata keçiriləcək, onlara ekoloji təmiz sertifikatlaşma ilə bağlı məlumatlar veriləcək", - B.Həsrətov vurğulayıb.

  • Əvvəlki

    Binəqədiyə icra başçısı təyin etdi

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Benzin və dizellə bağlı - MÜHÜM XƏBƏR
0 0
12.08.2022 İqtisadiyyat
Qazın qiyməti niyə bahalaşdı?
0 0
12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0