USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropanın iki ölkəsində koronavirusa yoluxanların sayı artdı

07.03.2020 İqtisadiyyat
0 0
Almaniya və İspaniyada koronavirusa yoluxanların sayı artıb.

"Kommersant.az" xəbər verir ki, Almaniyada 105, İspaniyada isə 29 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Bununla da koronavirusa yoluxanların sayı Almaniyada 639-a, İspaniyada isə 374-ə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 714-ə çatıb. Bunların 55 995 nəfəri sağalıb, 3 412 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

  • Əvvəlki

    Ərdoğan Belçikaya səfər edəcək

Digər xəbərlər

16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0
16.05.2024 İqtisadiyyat
Çinin qlobal ticarətə təsiri
0 0