USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müddətsiz müqavilə ilə müəllim işləmək istəyənlər üçün elektron qeydiyyat başa çatdı

07.03.2020 İqtisadiyyat
0 0
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb.

Təhsil Nazirliyindən "Kommersant.az"-a verilən məlumata görə, martın 2-də start verilən qeydiyyat prosesi dünən saat 23:59-da yekunlaşıb. Artıq 2800-dən çox namizəd http://www.miq.edu.az/muqavile/ saytı vasitəsilə elektron qeydiyyatdan keçib.

Qeydiyyat başa çatdıqdan sonra elektron ərizələrin yoxlanılması həyata keçiriləcək və nəticələr namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

  • Əvvəlki

    Avropanın iki ölkəsində koronavirusa yoluxanların sayı artdı

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0