USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“PwC Azərbaycan”ın rəhbərliyində yeni təyinat olub

08.06.2018 İqtisadiyyat
0 0
Elçin Məmmədov "PwC Azərbaycan"ın Hüquq Praktikasının rəhbəri təyin edilib.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, o, müqavilələr, bankçılıq və məhkəmə daxil olmaqla, hüququn müxtəlif sahələrində geniş təcrübəyə malikdir.

E.Məmmədov ikiqat ixtisasa malik olmaqla, Azərbaycan, İngiltərə və Uelsdə hüquqşünas kimi peşəkar fəaliyyət göstərir. O, əvvəllər Omni və MGB (keçmiş McGrigors) və "Ledingham Chalmers" kimi hüquq şirkətlərində partnyor vəzifəsində çalışıb.

Qeyd edək ki, son bir neçə ildə "PwC Azərbaycan"ın hüquq praktikası əhəmiyyətli dərəcədə genişlənib. Şirkətdə immiqrasiya, əmək hüququ və mübahisələrin həlli kimi müxtəlif hüquq sahələrində ixtisaslaşan 8 hüquqşünas fəaliyyət göstərir.

Bundan əlavə, bu il "Legal 500" beynəlxalq reytinq şirkəti 2018-ci il üçün "PwC Azərbaycan"ın “Tier 2” mövqeyini yenidən təsdiqləyib.

Reytinq praktiki sahələri və müxtəlif sahələrdə müştərilərə ən qabaqcıl və innovativ hüquqi məsləhətlər göstərən komandaları əhatə edən bir sıra meyarlara əsaslanır. "PwC Azərbaycan"ın hüquq peşəkarları korporativ, birləşmə və satınalma, bank və maliyyə, neft və qaz, əqli mülkiyyət, əmək, immiqrasiya və məhkəmə məsələləri sahəsində xidmətlər göstərir. Şirkətin hüquq komandası qlobal PwC şəbəkəsinin mütəxəssisləri ilə birlikdə inteqrasiya olunmuş hüquqi məsləhətlər təklif edir. 90 ölkədə 3500-dən çox hüquqşünası və 116 ölkədə immiqrasiya hüquq ofislərini əhatə edən PwC hüquq praktikası ən böyük hüquq xidmətlər şəbəkəsidir.

  • Əvvəlki

    AZAL-ın sərnişin təyyarəsi Moskvadan Lənkərana ilk uçuşunu yerinə yetirib

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0