USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"BakuBus"da dezinfeksiya kabinası quraşdırıldı

17.04.2020 İqtisadiyyat
0 0
İctimai nəqliyyatda görülən əks-epidemik tədbirlər çərçivəsində "BakuBus” MMC-də dezinfeksiya kabinası quraşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, məqsəd gündəlik minlərlə sərnişinin daşınmasını həyata keçirən sürücülərin və istehsalat bazasında çalışan digər əməkdaşlar arasında yoluxma halını minimuma endirməkdir.

"Bir daha vətəndaşlarımıza tövsiyə edirik ki, xüsusi karantin rejimi qaydalarına əməl etsinlər. Xahiş edirik ki, ciddi zəruriyyət yaranmadığı təqdirdə evdən çıxmasınlar", - agentlik bəyan edib.

  • Əvvəlki

    "Kiminsə adına torpaq varsa, ona yardım düşməməsi normal deyil" - DEPUTAT

Digər xəbərlər