USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Azərbaycan qazının idxalını 21% artırıb

01.05.2020 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında Türkiyə Azərbaycandan 1 804,96 kubmetrdən çox qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 21% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumat;na görə, Türkiyə 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 491,59 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-fevralında bu ölkədən Türkiyəyə təxminən 3 322,14 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 1 471,4 mln. kubmetr qaz nəql edib.

Bu ilin yanvar-fevral aylarında Türkiyənin qaz idxalı 11 250,18 mln. kubmetr təşkil edib, məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

  • Əvvəlki

    Nazir: "Bu il dünyada neftə gündəlik tələbat 10,3 mln. barel azala bilər"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0