USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bayram günləri küçəyə çıxmaq qadağan ediləcək

20.05.2020 İqtisadiyyat
0 0
"Türkiyənin bununla bağlı təcrübəsi var. Şənbə, bazar və bayram günlərində bəzi məhdudiyyətlər tətbiq olunur".

"Kommersant.az"-ın xəbərinə görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram günlərində tətbiq oluna biləcək məhdudiyyətlətlə bağlı danışarkən deyib.

İctimai Televiziyada qonaq olan qurum rəsmisi Azərbaycanda da belə məhdudiyyətin tətbiq oluna biləcəyini istisna etməyib:

"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxamanın sayının azaldılması məqsədi ilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək".