USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusa inanmayanların - NƏZƏRİNƏ

20.05.2020 İqtisadiyyat
0 0
"Təkcə bizdə deyil, bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyir ki, heç yaxın qohumda, qonşuda Covid-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər".

"Kommersant.az"-ın xəbərinə görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada koronavirusa inanmayanlardan danışarkən deyib.

TƏBİB rəsmisi bildirib ki, bu bizim mentalitetimizlə də bağlıdır:

"Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta ağır və ağır formada keçirənlərin də sayı xeylidir. Buna hazırda inanmaq lazımdır. Bu, bizə xeyir gətirə bilər".

  • Əvvəlki

    Azərbaycanda bayram günləri küçəyə çıxmaq qadağan ediləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0