USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pandemiya dövründə elektrik qatarları ilə nə qədər sərnişin daşınıb?

08.06.2020 İqtisadiyyat
0 0
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımalarını dayandırıb. Yalnız Abşeron Dairəvi Dəmir Yolu xəttinə məhdud sayda qatar buraxılıb. Bu isə qatarla daşınan sərnişinlərin sayına təsir edib.

Bu barədə ADY-dən bildirilib.

Məlumata görə, bu ilin yanvar ayında qatarla hərəkət edən sərnişinlərin sayı 400 mindən çox, fevral ayında 430 mindən çox, mart təxminən 200 min, apreldə 30 min, mayda isə 64 mindən çox olub.

"Mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılmasından sonra sərnişin sıxlığının artdığı nəzərə alınaraq, Abşerondakı xəttə daha 2 elektrik qatarı buraxılıb. Mayın 18-dən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar yenidən sərnişin sayında artım olduğunu müşahidə etdik. Ona görə də mayın 20-dən həmin marşrut üzrə xəttə daha 2 qatar əlavə edilib. İyunun 5-dən də Abşeron Dairəvi Dəmir Yolu xətti üzrə qatarların sayı artırılıb və qrafik dəyişib", - məlumatda qeyd edilib.

  • Əvvəlki

    BNA: Sərt karantin günlərində 13 istiqamət üzrə sərnişindaşıma həyata keçirilib

Digər xəbərlər