USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu tarixdən SMS icazə sistemi bərpa edilir

18.06.2020 İqtisadiyyat
0 0
Ölkədə mövcud epidemioloji vəziyyət təhlil edilərək müəyyən vaxt çərçivəsində ciddi karantin rejiminə qayıtmaqla bağlı qərar qəbul edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, 21-iyundan 5-iyul tarixinədək (5 iyul səhər saat 6-dək) Bakı, Sumqayıt, Gəncə, Yevlax, Lənkəran, Abşeron, Masallı şəhərlərində xüsusi icazə əsasında - SMS icazə sistemi ilə evdən çıxmağa icazə veriləcək. Bunun hansı sahələrə aid ediləcəyi ilə bağlı isə Qərargahın sabah keçirilən brifinqində ətraflı açıqlama veriləcək.

Bununla belə o, ticarət obyektlərinin fəaliyyətinin, həmçinin iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılacağını istisna etməyib.

  • Əvvəlki

    AQTA 184 obyektdə kobud qayda pozuntuları aşkarlayıb - FOTO

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0