USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda fövəqəladə vəziyyət elan olunacaq? - YAP rəsmisindən AÇIQLAMA

24.06.2020 İqtisadiyyat
0 0
"Ölkədə o zaman fövqaladə vəziyyət elan edilə bilər ki, virusa yoluxanların sayı bötövlükdə ölkəni əhatə etsin".

"Kommersant.az"-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, hazırda tətbiq edilən sərt karantin rejimi vəziyyətə uyğundur:

"Virusa yoluxanların əksəriyyəti bu gün karantin rejimi tətbiq edilən zonalardadır. Düzdür, hazırda gündəlik yoluxma sayında artım müşahidə olunur, amma bu, o demək deyil ki, fövqaladə vəziyyət elan edilməlidir. Yoluxma sayının arması aprel ayının sonunda karantin rejiminin yumşaldılması ilə bağlıdır. Mart-aprel aylarında gündəlik 60-70 yoluxma qeydə alınırdı. Bu baxımdan düşünürəm ki, hazırda tətbiq edilən xüsusi karantin reşimində də yoluxma sayı yenidən bu səviyyəyə düşəcək".

Millət vəkili həftəsonları tətbiq edilən xüsusi karantin rejiminin effektsiz olduğunu bildirib: "Həftəsonu qadağaları öz səmərəsini vermədi. Dünya, o cümlədən Azərbaycan ilk dəfədir ki, belə bir ağır virusla qarşı-qarşıyadır. Demək olar ki, təcrübə günün nəticəsinə görə əldə edilir. Virusla mübarizədə bütün vasitələrdən, beynəlxalq təcrübələrdən istifadə etməkdə fayda var. Düzdür, bəzən bu təcrübələr effektsiz ola bilər, amma başqa yol da yoxdur".Redaktor.az

  • Əvvəlki

    Növbəti buraxılış imtahanı keçirildi: İki şagird buraxılmadı

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0