USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusa yoluxan deputat Sahib Alıyevin son durumu - VİDEO

25.06.2020 İqtisadiyyat
0 0
Koronavirusa yoluxan millət vəkili Sahib Alıyev səhhətindəki son vəziyyətlə bağlı danışıb.

"Kommersant.az" xezerxeber.az-a istinadən xəbər verir ki, deputat infeksiya ilə bağlı ən çətin məqamları geridə qoyduğunu və indi özümü yaxşı hiss etdiyini bildirib.

"Yeni Klinikada həkimlər hər gün ölüm-dirim savaşı verirlər və xəstələri həyatda saxlamaq üçün fasiləsiz olaraq çalışırlar", -deyə Sahib Alıyev bildirib.

Deputat virusa harda və necə yoluxduğuna da diqqət çəkib. Millət vəkili infeksiyanın yayılmasının qarşısının alınması üçün marketlərdə nəzarət tədbirlərinin gücləndirilməsinin önəmini də vurğulayıb.

Sahib Alıyev onu da bildirib ki, ölkədə yeni yaradılan tibb müəssisələrinin və səhiyyə sahəsinə uzun müddətdir ki qoyulan investisiyanın hesabına bu gün koronavirusla mübarizədə Azərbaycanın uğurlu təcrübə ortaya qoya bilib. Ancaq deputat COVID 19-a qalib gəlmək üçün bütün cəmiyyətin həmrəy və məsuliyyətli olmasının vacib olduğunu deyib.