USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF-də struktur dəyişiklikliyi

08.10.2020 İqtisadiyyat
0 0
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon (şəhər) nümayəndəlik və filialları istisna olmaqla, digər nümayəndəlik və filialları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət edib. Fins.az xəbər verir ki,pensiya alan şəxslərə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə Fondun strukturunda aparılan dəyişikliklərlə əlaqədar aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə verilib:

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə, güzəştli pensiya təyin edilmiş şəxslər;

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxslər, o cümlədən:

- dövlət qulluqçuları;

- xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə işçiləri və s.);

- Milli Məclisin deputatları;

- Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının üzvləri;

- Ədliyyə orqanlarının mülki işçiləri;

- Məhkəmə hakimləri;

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon və şəhərləri istisna olmaqla DSMF-nin digər şəhər və rayonlardakı nümayəndəlik və filialları üzrə qeydiyyatda olan, müvafiq kateqoriyaya aid şəxslərin əmək pensiyalarının ödənişi 2020-ci ilin oktyabr ayından etibarən hər ayın 14-dən 16-dək həyata keçiriləcək.

Qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən, Fondun Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon (şəhər) nümayəndəlik və filialları istisna olmaqla, digər rayon (şəhər) nümayəndəlik və filiallarından pensiya alan və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslər əlavə sualları olduqda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət edə bilərlər.

Tel.: (012) 563-55-46; (012) 563-55-47; (012) 563-55-34.