Bayden seçkinin qalibi sayıldı, Pentaqon tapşırıq aldı

24.11.2020 İqtisadiyyat
ABŞ Müdafiə Nazirliyi səlahiyyətlərin Demokratik Partiyadan prezidentliyə namizəd Co Bayden administrasiyasına verilməsi barədə bildiriş aldığını təsdiqləyib və bu mövzuda işə başladığını bildirib.

"Kommersant.az" xəbər verir ki, Pentaqondan verilən açıqlamada, agentliyin dərhal Bayden qərargahına dəstək vermə planını həyata keçirməyə başlayacağı bildirilib.

Bundan əvvəl ABŞ Federal Hökumətindəki (GSA) Ümumi Xidmətlər İdarəsi Demokrat namizədi seçkinin qalibi olaraq tanıyıb və hakimiyyətin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.