USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər

30.11.2020 İqtisadiyyat
0 0
İşğal altından azad olunan ərazilərimizdə daha bir avtomobil yolunun çəkilməsi üzrə layihələndirmə işlərinə başlanılıb.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, yeni qurulacaq yol Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yoludur:

"Yol ümumilikdə Hacıqabul-Horadiz-Mincivan-Ermənistan sərhədi avtomobil yolu olacaq. Hacıqabuldan Horadiz istiqamətində ikinci dərəcəli yol yenidən qurulub və normal vəziyyətdədir.

Horadizdən Ermənistan sərhədinə qədər avtomobil yolu isə torpaqlarımız işğal altında olarkən dağıdılıb və bərbad vəziyyətə salınıb. Ərazidə yeni yolun tikintisinə ehtiyac var. Layihələndirmə başa çatandan sonra aidiyyəti qurumlara təqdim ediləcək. Layihə təsdiq olunandan sonra inşaat işlərinə başlana bilər".

A.Nəcəfli deyib ki, bu yol gələcəkdə Ermənistan sərhədindən Naxçıvan istiqamətinə də çəkilə bilər.Trend

  • Əvvəlki

    "LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya barədə açıqlama - RƏSMİ

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0