USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TƏBİB-dən - ÇAĞIRIŞ

09.12.2020 İqtisadiyyat
0 0
TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumun sosial şəbəkədəki paylaşımında bildirilib.

"Əziz vətəndaşlar, dəyərli səhifə izləyiciləri!

Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.

Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.

Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur.

#BizBirlikdəGüclüyük", - paylaşımda qeyd edilib.

  • Əvvəlki

    Fazil Məmmədovun kürəkəni İngiltərədə yarım milyonluq mülk aldı - FOTO

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0