USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vahid Əhmədov: “Banklar şəhid ailələrinə güzəştə getməlidir”

09.12.2020 İqtisadiyyat
0 0
“Əmanətlərin sığortalanması məsələsi bizi həmişə narahat edir. Bu, bank sistemi üçün də müəyyən əhəmiyyət daşıyır”.

"Kommersant.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

"Biz banklar bağlananda çoxlu şikayətlər alırdıq. Bankların görəcəyi böyük işlər qabaqdadır. Artıq Hadrutda "Beynəlxalq Bank"ın terminalı qoyulub. Digər banklar da bu prosesdə iştirak etməlidirlər. Bizə müharibə əlilləri, şəhid ailələrindən çoxlu şikayətlər daxil olur. Banklar həmin ailələrə güzəştə getməlidir. Xahiş edirəm ki, bu məsələ öz həllini tapsın", - o qeyd edib.

  • Əvvəlki

    “YAŞAT” Fondunun Himayəçilik Şurasının ilk iclası keçirildi

Digər xəbərlər