USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat Baş Nazirə karantin rejimi ilə bağlı müraciət etdi

16.12.2020 İqtisadiyyat
0 0
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına yenidən baxılması xahişi ilə Baş nazir Əli Əsədova müraciət edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

O bildirib ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra etmişdilər: "Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməmişdi.

Maarifləndirmə, ictimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyəti əhəmiyyətini nəzərə alaraq qeyri-hökumət təşkilatlarının (ictimai təşkilatların) Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədə uyğun olardı. Ümid edirəm ki, qeyri-hökumət təşkilatları da, sərt karantin müddətində fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər".

  • Əvvəlki

    Tibbi maskadan məcburi istifadə bu müddətədək davam etməlidir - Ramin Bayramlı açıqladı

Digər xəbərlər