USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tibbi maskadan məcburi istifadə bu müddətədək davam etməlidir - Ramin Bayramlı açıqladı

15.12.2020 İqtisadiyyat
0 0
“Maskalardan istifadəni əhalinin böyük kütlələri vaksinasiya olunana qədər davam etdirməliyik”.

"Kommersant.az"ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, xüsusilə bilmək lazımdır ki, immunitet əksər vaksinlərdə iki dozalıdır: "Anticisimlər ikinci dozadan ən azı 2-3 həftə keçəndən sonra yaranır. Bu baxımdan rahatlaşmaq olmaz ki, mənə vaksin vuruldu, rahat olum. Xeyr, həm özünü, həm də ətrafdakıları qorumaq üçün və əhali kütlələrinin vaksinasiyası başa çatana qədər təəssüf ki, maska taxmalıyıq".

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə qeyd edib ki, bir ailədə biri koronavirusa yoluxa, digər yoluxmaya bilər: "Bu yenə də immun sisteminə bağlıdır: Vaksinasiya olunan şəxsdə anticisimlərin nə qədər müddət davam etməsi də o şəxsin immun sistemindən asılı olacaq. Birində çox ola bilər, birində az, hətta eləsi ola bilər ki, anticisim yaranmaya da bilər. Vaksinasiya olmaq virusu öldürmək demək deyil, virusun aktivliyini dayandırmaq, qarşısını almaq deməkdir. Ona görə də vaksinasiyadan sonra da bir müddət maskadan istifadəni davam etdirməliyik".

  • Əvvəlki

    Bakı Telefon Rabitəsi tender elan edir

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
UBS-dən rekord səviyyədə hesabat
0 0
07.05.2024 İqtisadiyyat
Britaniya Müdafiə Nazirliyinə kiberhücum
0 0
07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0
06.05.2024 İqtisadiyyat
Google reklam siyasətini yenilədi
0 0