USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AzerGold"-dan "Daşkəsən" yatağı ilə bağlı qərar

02.02.2021 İqtisadiyyat
0 0
"AzerGold" QSC bu ilin avqust ayında "Daşkəsən" dəmir filizi yatağı üzrə ilkin qiymətləndirmə sənədini hazırlayacaq.

"Kommersant.az"ın məlumatına görə, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 6 avqust 2020-ci il tarixli Sərəncamı ilə regionun ən nəhəng dəmir filizi yatağı olan "Daşkəsən" dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə tapşırılıb. Bu istiqamətdə hesabat dövrü ərzində kompleks geoloji tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi, həmçinin ilkin iqtisadi qiymətləndirmə sənədinin hazırlanması, bazar araşdırılması, mədən planlarının hazırlanması, yataq üzrə filizlərin hasilat metodunun müəyyən edilməsi, iqtisadi göstəricilərin hesablanması istiqamətində müvafiq işlər görülüb.

""Daşkəsən" dəmir filizi yatağı üzrə 7 830 metr buruq-qazma işləri icra edilmiş və hazırda da proses davam etdirilir. Qeyd edim ki, yataq üzrə İlkin qiymətləndirmə sənədinin cari ilin avqust ayında hazırlanması nəzərdə tutulur", - Z. İbrahimov qeyd edib.

O əlavə edib ki, bu sənəd çərçivəsində yataq üzrə 2021-ci ildə geoloji tədqiqatların davam etdirilməsi və metallurji işlərin aparılması planlaşdırılır. Qeyd edilən fəaliyyətin yekunlarına əsasən filizlərin bir qisminin daha sürətli şəkildə hasilata verilməsi potensialı qiymətləndiriləcək.

(c)APA

  • Əvvəlki

    Azad Rəhimovdan xəbər var

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0