USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Havanın kəskin dəyişməsi aviareyslərə təsir edib?

24.02.2021 İqtisadiyyat
0 0
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Qeyd olunub ki, hazırda Naxçıvan, İstanbul, Antalya və Moskva reyslərinə sərnişinlərin qeydiyyatı başlayıb.

"Havanın kəskin dəyişməsi və güclü qarın yağması daxili və beynəlxalq aviareyslər üzrə uçuşların həyata keçirilməsinə mane olmayıb. Bütün reyslər üzrə uçuşlar cədvəl üzrə yerinə yetirilir. Qısa gecikmələr müşahidə olunur ki, bu da təyyarələrin şaxtaya qarşı xüsusi maye ilə yuyulması ilə əlaqədardır", - deyə hava limanından bildirilib.

  • Əvvəlki

    Ölkə ərazisində qarlı hava nə vaxtadək davam edəcək?

Digər xəbərlər