USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaşa görə pensiyaların orta aylıq məbləği 361 manata çatıb

04.03.2021 İqtisadiyyat
0 0
Son 3 ildə pensiyaların orta aylıq məbləği 60% artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Valyuta.Az-a verilən məlumata görə, ölkəmizdə pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Bu artımı əsasən cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması təmin edib.

Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.