USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan yumurta istehsalını azaldır, əksinə süd istehsalı artır

17.03.2021 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 301.7 mln. ədəd yumurta istehsal olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, yumurta istehsalı illik müqayisədə 4.5% azdır.

Bununla yanaşı hesabat dövründə ölkədə 314.2 min ton süd istehsal olunub süd istehsalı üzrə 1.5% artım qeydə alınıb.