USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada təbii qazın qiyməti tarixi rekorda çatır

21.12.2021 İqtisadiyyat
0 0
Avropada təbii qazın qiyməti çərşənbə axşamı ticarətin açılışında 1000 kubmetr üçün 1800 dolları ötüb.

"Kommersant.az" xəbər verir ki, bu, London birjasının məlumatlarına görə, oktyabrın əvvəlindən bəri maksimum qiymət olub.

Hollandiyanın TTF qovşağında yanvar fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 11:01-də olan məlumata görə, 1000 kubmetr üçün 1803 dollara yüksəlib.

Xatırladaq ki, bu ərəfədə Rusiyanın “Qazprom” şirkəti Yamal-Avropa qaz kəməri ilə bağlı qərar qəbul edib. Nəticədə Almaniyaya qazın fiziki axını tamamilə dayandırılıb.