USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərsu”nun kredit borcları artıb

13.07.2022 İqtisadiyyat
0 0
Azərbaycanda içməli su təchizatını və kanalizasiya xidmətini həyata keçirən dövlət şirkəti “Azərsu” ASC-nin xarici uzunmüddəli kredit borcu 2.1% artıb, amma artan borcun əsas hissəsi daxili mənbələr hesabınadır.

Kommersant.az bildirir ki, bu barədə Banker.az “Azərsu”nun illik audit hesabatına istinadən xəbər verir.

Audit rəyində qeyd edilir ki, 1 yanvar 2022-ci il tarixinə 248.1 milyon manat ekvivalentində borcu var.

Bu borcların 55.05 milyon avro (16.48+38.57) Almaniyanın “Kreditanstalt für Wiederaufbau” (KfW) bankına kredit alınıb. Həmin kreditlər 2040-45-ci ilərdə ödənilməlidir.

Ötən il Dünya Bankının Beynəlxalq İnkişaf Assosiyasiyasından alınan 38.8 milyon xüsusi borclanma hüququ (XBH/AZN 2.2265) almışdı, o borcu tam sıfırlayıb.

  • Əvvəlki

    “Aİ-95″in bahalaşması “Aİ-92” və dizelin də qiymətini qaldıracaq?

Digər xəbərlər