“Bolt Services AZ” MMC-yə maliyyə sanksiyası tətbiq olundu
Xidmətdən Kommersant.az-a verilən məlumata görə, “Delivery Azerbaijan” MMC tərəfindən Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.
Bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Məlumata görə, işə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib.
Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.
Digər xəbərlər
Gələn il tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard dollar profisit olacaq
Qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir - Hesablama Palatası
Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib
Qiymətli kağızlar bazarında ticarət dövriyyəsi 35% artıb - Taleh Kazımov
Gələn il vətəndaşların maaşından neçə faiz gəlir vergisi tutulacaq? - Nazir açıqladı
Gələn il üçün Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozlara aydınlıq gətirilib
AzTV-də işçilərin maaşlarından 26 milyon manat qonorar adı ilə rəsmiləşdirilibmiş - RƏSMİ










.jpg)

















































