USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda istiliyin qiyməti artacaq?

07.10.2022 İqtisadiyyat
0 0
“Hazırda əhali qrupuna verilən istiliyin sayğaclaşdırılması gündəmimizdə deyil”.

Bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda pilot olaraq qeyri-əhali qrupu üçün məhdud sayda sayğaclaşma prosesə start verilib:

“Pilot olaraq ən sərfəli sayğacı müəyyənləşdiririk ki, gələcəkdə əhali qrupuna verilən istiliyin sayğaclaşmasında problem yaşanmasın. Beynəlxalq standartlara uyğun sayğaclar quraşdırılacaq”.

Qurum rəsmisi qeyd edib ki, qiymətlərin dəyişdirilməsi ilə bağlı isə Tarif Şurasına heç bir müraciət olunmayıb.

  • Əvvəlki

    Sabiq MTN generalının orden və medalları alındı

Digər xəbərlər