USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Energetika naziri Gürcüstana səfər edib

07.10.2022 İqtisadiyyat
0 1
Oktyabrın 7-də energetika naziri Pərviz Şahbazov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin dəvəti ilə Tbilisiyə səfər edib.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

İki gün davam edəcək səfər zamanı Azərbaycan və Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və yeni imkanlar müzakirə ediləcək.

  • Əvvəlki

    Bakı metropoliteni ötən ay 18 milyondan çox sərnişin daşıyıb

Digər xəbərlər