USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün bütün avtobuslar pulsuzdurmu? - VİDEO FAKT

04.07.2018 İqtisadiyyat
0 0
“Bütün avtobuslara göstəriş verilib ki, bu gün heç kimdən pul alınmasın”

"Kommersant" xəbər verir ki, bunu saytımıza açıqlamasında Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyib. Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən həm nağd ödənişlə, həm də kart ilə işləyən bütün avtobuslar sərnişinlərdən ödəniş qəbul etməyəcək.

Redaksiyamıza daxil olan digər məlumata görə isə, avtobusların heç də hamısı bu göstərişə əməl etmir. Məsələyə aydınlıq gətirmək üçün "Kommersant.Az"ın xüsusi çəkilişi qrupu paytaxtda kiçik bir izləmə aparıb. Nəticədə məlum olub ki, redaksiyaya daxil olan məlumat doğrudur və həqiqətən də avtobusların bir qismi göstərişdən kənar "ödəniş" yığır.

Hətta çəkiliş zamanı öz ciblərinə "ianə" yığan bəzi avtobus sürücüləri əməkdaşımızı görən kimi sərnişinlərdən pul almağı dayandırıb. Videodan da görəcəyiniz kimi, bəzi sürücülər isə ödəniş etmədiyi üçün sərnişinləri avtobusdan endirir. Qeyd edək ki, çəkiliş zamanı əməkdaşımıza kobudluq göstərənlər də olub.

Prosesi ətraflı olaraq "Kommersant TV"nin video-süjetindən izləyə bilərsiniz:

  • Əvvəlki

    AB ilə ABŞ arasındakı qarşıdurma qəbuledilməzdir - Merkeldən açıqlama

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0