USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə istehsalı avtomobillərin qiyməti açıqlandı

14.03.2023 İqtisadiyyat
9 0
Türkiyənin yerli avtomobili Toggun qiymət siyahısı açıqlanıb. Öncədən sifarişlər 16-27 mart tarixlərində Trumore rəqəmsal platformasında və Togg veb saytında edilə bilər.

Uzun müddətdir ki, gözlənilən bazar qiymətləti haqda bu gün məlumat verilib. Türkiyə istehsalı avtomobil ilk elektrikli, ağıllı maşının satış qiyməti, model adı və texniki xüsusiyyətləri açıqlanıb.

Belə ki, 16-27 Mart tarixləri arasında Trumore rəqəmsal platforması və www.togg.com.tr Togg internet saytında ön sifarişi veriləcək Togg T10X-in 953 min TL-dən (85384.24 AZN) başlayan qiymətlə bazara təqdim olunacaq.

Avtomobil haqda əlavə məlumatı rəsmi internat saytından əldə etmək olar.