USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya və İran əməkdaşlığı davam edir

27.03.2023 Siyasət
2 13
Rusiya və İran “Mir” və “Şetab” sistemlərinin inteqrasiyası üzərində işi davam etdirir.

Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Rusiya və İran Rusiyanın “Mir” ödəniş sisteminin İranın “Şetab”ı ilə müvafiq departamentlər vasitəsilə inteqrasiyası üzərində işi davam etdirir:

"Rusiyada üçüncü ölkələrin vasitəçilərindən asılı olmayaraq, ikitərəfli ödəniş və hesablaşma infrastrukturunun sabitliyinin təmin edilməsinə ümumi diqqətimizi nəzərə alaraq, İranla maliyyə və bank əməkdaşlığına prioritet diqqət yetirilir. Sabit ödəniş və hesablaşma infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir".

2022-ci ilin mayında İran və Rusiya Federasiyası milli valyutalarda qarşılıqlı hesablaşmalara keçmək barədə razılığa gələrək, öz ödəniş sistemlərinin - Mir və Şetabın qoşulmasını müzakirə ediblər. Yanvarın sonunda iki ölkənin Mərkəzi Banklarının nümayəndələri maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi üzrə işlərə dair saziş imzalayıblar. İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzinin sözlərinə görə, Rusiya Federasiyası Mərkəzi Bankının Maliyyə Mesajlaşma Sistemi İran Mərkəzi Bankının SEPAM (Elektron Ödəniş Mesajlaşma Sistemi) ilə birləşib.