USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC-dən sonra neftin qiyməti 5 dollar artıb

03.04.2023 İqtisadiyyat
22 3
Səudiyyə Ərəbistanı, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın liderliyində birgə hərəkət edən ölkələrdən ibarət OPEC+ gündəlik hasilatı əlavə olaraq 1,16 milyon barel azaldacaqlarını açıqlayıb. Qərardan sonra bazarlarda aktivlik artıb.

OPEC+-ın may ayından etibarən könüllü olaraq hasilatı azaltmaq qərarı sürpriz bir qərarla neft qiymətlərinin 5 dollara qədər artmasına səbəb oldu.

Yeni həftənin ilk günündə ICE birjasında Brent markalı neftin barel qiyməti 86,44 dollara qalxıb. Saat 09:31-ə olan məlumata görə, Brent nefti cümə günü bağlanış qiyməti ilə müqayisədə 5,03 dollar artaraq 83,91 dollar/barelə satılır.

NYMEX-də Qərbi Texas neftinin qiyməti də cümə günündən 4,93 dollar artaraq 79,40 dollar təşkil edib.

Analitiklər texniki göstəricilərlə göstərilən 86,32 dollar müqavimətini sınaqdan keçirən Brent neftinin ilk dəstək səviyyəsinin bu gün üçün 83,66 dollar olduğunu, bu səviyyənin altında olduğu halda isə 82,80 dolları görmək olar. Bildirilir ki, 86,32 dollar yenidən keçərsə, yeni hədəf 88,40 dollar olacaq.

Qızıl qiymətləri düşür

OPEC+-ın sürpriz qərarı qızılın unsiya qiymətinə də təsir etdi. Qızılın bir unsiyası bu səhər 1950 dollar səviyyəsində qərarlaçıb. Bu ötən həftə ilə müqayisədə qiymətlərin 0,73 faiz azalması deməkdir.

  • Əvvəlki

    Azərbaycanın Rusiya ilə münasibətlərindən danışılıb - NAZİR

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0