USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moskvada dördtərəfli Suriya görüşü keçiriləcək - Çavuşoğlu

03.04.2023 Siyasət
17 13
Türkiyə, Rusiya, Suriya və İranın qatılacağı görüşlə bağlı nazir Çavuşoğlu, "Nazir müavinləri səviyyəsində dördtərəfli görüş 3-4 aprel tarixlərində Moskvada baş tutacaq" dedi.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatında 30 Mart Beynəlxalq Sıfır Tullantı Günü ilə bağlı Xüsusi Sessiyada iştirak etmək üçün gəldiyi Nyu-Yorkda Türkevidə bir qrup türk jurnalisti ilə xarici siyasətdəki inkişaflarla bağlı söhbət edib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri ilə bağlı sualı cavablandıran Çavuşoğlu bildirib ki, Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə səfər etmək istəyən Lavrovun 6-7 aprel tarixlərində edəcəyi səfər zamanı ikitərəfli əlaqələrin fərqli ölçülərini müzakirə etmək imkanı olacaq.

Zəlzələlərdən sonra Rusiyanın böyük yardımlar etdiyini xatırladan Çavuşoğlu bu açıqlamaları verib:

"Geniş mənada danışacağımız məsələlər var. İkitərəfli əlaqələrlə yanaşı, taxıl sazişinin uzadılması ilə bağlı müzakirələrimiz olacaq. Cümə axşamı (30 mart) BMT-nin baş katibi ilə də görüşümüz oldu".

Lavrovla görüşdə Suriya, Liviya və digər regional məsələlərin də müzakirə olunacağını qeyd edən Çavuşoğlu, Suriyadakı siyasi proseslər, qaçqınların vəziyyəti və zəlzələlərdən sonra orada ediləcək humanitar yardımların artırılmasının qiymətləndiriləcəyini bildirib.